Partiya sədrinin qardaşı oğlu şəhid oldu

img

04-04-2016 [15:27]


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid olub. Bu barədə Sərdar Cəlaloğlunun köməkçisi məlumat verib.

O bildirib ki, S. Cəlaloğlunun qardaşı Əbdül Məmmədovun oğlu Rasim Məmmədov Füzuli rayonunun Horadiz qəsəbəsində zabit kimi xidmət edib. R. Məmmədov bu gün döyüşlər zamanı qəhərəmancasına şəhid olub.

Qeyd edək ki, Rasim Məmmədov mayor rütbəsi daşıyıb. Onun atası da birinci Qarabağ müharibəsinin fəal iştirakçılarından olub.


Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA