04-04-2016 [13:35]
"Ermənistan dövləti öz xalqını çoxdan və məqsədyönlü şəkildə aldadaraq onu öz maraqlarının girovuna çevirib. Lakin biri var öz xalqını aldadasan, biri də var ki, beynəlxalq ictimaiyyəti həyasızcasına aldadasan".
Mia.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev Ermənistan tərəfinin Azərbaycanın atəşkəs rejimini birinci pozması və artilleriya, zirehli texnika və aviasiyadan istifadə edərək hücuma keçməsi ilə bağlı ittihamlarına dair sualı cavablandırarkən deyib.
Vahid Əliyev bildirib: "İş burasındadır ki, tərəfimizdən atəşkəs rejiminin pozulması elementar məntiqə sığmır. Ermənistan tərəfindən fərqli olaraq Silahlı Qüvvələrimizin arxasında dinc sakinlər sıx şəkildə yaşamağa davam edir. Ermənistan ordusunun vətəndaşlarımıza qarşı çoxsaylı, bəzən isə sərt təxribatları hamıya məlumdur. Sərhədyanı zonada toyun, çobanların, uşaqların, traktorçuların, kombaynerlərin atəşə tutulmasını, kənd təsərrüfatı sahələrinin yandırılmasını xatırlayın. Hamısını sadalayıb qurtarmaq olmaz. Bu artıq Ermənistan tərəfindən vərdiş halını almışdı və uzun müddət davam edə bilməzdi. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri iriçaplı artilleriya silahından sərhədyanı dinc kəndləri daha azğın və daha kobud formada atəşə tutma cəhdlərinə əl atdı. Dinc əhali arasında yenidən qurbanlar oldu. Bu cavabsız qala bilməzdi və cavabsız qalmadı da”.
Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, təbii ki, gələcəkdə belə növ cəhdlərin qarşısını almaq və əhalini təhlükədən qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susdurmaq məcburiyyətində idi.
Vahid Əliyev deyib: "Bunun nə ilə qurtardığını bilirsiniz. Bir daha şəhidlərin ailələrinə başsağlığı vermək və silahlı qüvvələrimizin haqqını vermək istəyirəm. Ordumuz tərəfindən cavab tədbirləri zamanı Ermənistan tərəfində çaxnaşma, qaçış başladı və silahlı qüvvələrimiz ermənilərdən azad edilmiş yüksəklikləri tutdu. Azərbaycan tərəfi bu uzun davam edən münaqişənin sülh yolu ilə həllinin həmişə tərəfdarı olub. Qeyd etmək istəyirəm ki, biz münaqişənin sülh yolu ilə davam etdirilməsində deyil, sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Aydındır ki, Ermənistan rəhbərliyinin prinsipi hüququn gücdə olmasından ibarətdir. Onlar 90-cı illərin əvvəllərinin düşüncəsindən çıxmayıblar, necə həmin səviyyədə idilərsə, elə orada da qalmağa davam edirlər. Onlar müharibə siyasətilə, Azərbaycan və erməni xalqlarının qanı ilə hakimiyyətə gəliblər və elə qalmaqda davam edirlər və çox təəssüf ki, indiyədək müharibə prinsipinə əsaslanmağa davam edirlər. Əgər onlar bunu hələ də başa düşmək istəmirlərsə, onları başa salmağa məcbur etmək lazımdır ki, əgər hüquq gücdədirsə, gücümüz var. Və onlar yeni qurbanlar istəyirlərsə, bu ruhda da davam etsinlər, bizə yalnız bu məsələdə təəssüflənmək və işimizi görmək düşür”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi