Buxarestdə azərbaycanlı gənc alimlərin elmi izlərinin təqdimat mərasimi keçirilib

img

21-03-2010 [01:34]


010-cu ildə Buxarestdəki Avropa Nikolae Titulesku Fondunda Rumıniyada təhsil almış azərbaycanlı tədqiqatçıların doktorluq elmi işlərindən ibarət kitabların ? Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşı Fəxri Kərimlinin ?Azərbaycan Respublikası və Rumıniya arasında münasibətlər (1993-2004)?, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyevin ?Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasındakı əlaqələr? (1991-2003)?, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimovun ?Neft sənayesində investisiya qərarının əsaslandırılması? adlı nəşrlərinin təqdimat mərasimi keçirilmişdir. Tədbir Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının dəstəyi ilə həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Avropa Nikolae Titulesku Fondunun icraçı direktoru professor Corce Potra bildirmişdir ki, üç gənc azərbaycanlı müəllifin rumın dilində elmi iş müdafiə etmələri və kitablarının nəşri böyük əhəmiyyət daşıyır. Belə ki, onların sayəsində rumın ictimaiyyəti region və Azərbaycan haqqında daha da geniş məlumat almaq imkanı qazanır. Babeş-Bolyai Universiteti Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun direktoru, Rumıniyanın Azərbaycan və Türkmənistandakı keçmiş səfiri professor Təhsin Cəmil Rumıniyanın tanınmış ali təhsil ocaqlarında doktorluq elmi dərəcəsinə layiq görülmələri münasibətilə gənc tıdqiqatçıları bir daha təbrik etmiş, bir Avropa İttifaqı üzvü kimi Rumıniyanın Qafqaz və Orta Asiya regionu, xüsusilə Azərbaycan ilə əlaqələrinin inkişafına xüsusi diqqət yetirməsinin vacib olduğunu bildirmişdir. Rumıniya İqtisadi Elmlər Akademiyasının professoru Floriana Bran Azərbaycanın neft və qaz ehtiyatlarının bütün Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan bəhs etmişdir. Bundan başqa tədbirdə müəlliflərlə yanaşı Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbea, Spiru Haret Universitetinin məsul işçisi Lyudmila Rotaru, nüfuzlu ?Geopolitika? jurnalının redaktoru Vasile Similyanu və digərləri çıxış edərək nəşrlərin kəsb etdikləri əhəmiyyətdən danışmışlar. Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniyanın Postsovet Araşdırmaları İnstitutunun rəhbərliyi, Rumıniyanın region ölkələrindəki keçmiş səfirləri, tanınmış din, ədəbiyyat və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin diplomatları, Rumıniyanın ictimai təşkilat və fondlarının üzvləri, Buxarest şəhəri 2-ci sektorunun Parlamentinin təmsilçiləri, Rumıniyada yaşayan həmvətənlərimiz, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər. Təqdimat mərasimi Rumıniyanın dövlət televiziyası ?TVR 1? daxil olmaqla müxtəlif yerli və xarici KİV tərəfindən geniş işıqlandırılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA