“2 günə Qarabağda 33 nəfər ölüb, 200-dən çox yaralı var” - BMT

img

04-04-2016 [11:36]


Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya İdarəsi Dağlıq Qarabağ uğrunda son 2 gündə gedən döyüşlər haqda hesabat dərc edib.

"Qafqazinfo” Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, BMT aprelin 2-sindən Ermənistanın təxribatı nəticəsində başlanan atışmalarda azı 33 nəfərin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlayıb. Təşkilat bildirir ki, ölənlərdən 30-u hərbçi, 3-ü isə mülki sakindir.

BMT qeyd edir ki, bu hesabat Azərbaycan və Ermənistan tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Xatırladaq ki, Müdafiə Nazirliyi aprelin 2-də 12, bu gün isə 3 Azərbaycan vətəndaşının şəhid olduğu barədə açıqlama verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA