QHT-lərə Dövlət Dəstəyi Şurası yeni müsabiqə elan edib

img

20-03-2010 [04:59]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi və Counterpart İnternational təşkilatı tərəfindən icra edilən Vətəndaş Cəmiyyəti Layihəsi QHT-lər üçün birgə maliyyə yardımı müsabiqəsi elan edib. Şura və Vətəndaş Cəmiyyəti Layihəsi QHT-ləri koalisiya şəklində ictimai maraqların dəstəklənməsi üzrə layihə təklifi təqdim etməyə dəvət edir. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən problemlərin həllinə yönəlmiş layihələrə, eləcə də ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin təmsilçilik və plüralizm prinsipinə müvafiq olaraq, sosial-iqtisadi islahatların inkişafına və icrasına dəstək verməkdən ibarətdir. Müsabiqədə aşağıdakı istiqamətlər üzrə təqdim olunan layihələrə üstünlük veriləcəkdir: Ətraf mühit və iqlim dəyişikliyi; Qadın və gənclərin inkişafı məsələləri. Müsabiqə aşağıdakı sahələri dəstəkləmir: Siyasi fəaliyyət Dini fəaliyyət Ayrı-ayrı fərdlərə maddi yardım Təhsil üçün təqaüdlər Yalnız dövlət qeydiyyatı olan ən az iki milli QHT-dən ibarət koalisiya müsabiqədə iştirak edə bilər. Hər layihənin icra müddəti 4-6 ay, büdcəsi isə 10.000 manatadəkdir. Müsabiqənin ümumi fondu 40.000 manatdır. Layihə təklifləri 16 aprel 2010-cu il saat 17.00-dək Şuranın Katibliyinə və ya Vətəndaş Cəmiyyəti Layihəsinin ofisinə təqdim edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA