AŞPA sədrindən Ermənistana çağırış: "Azərbaycan torpaqlarından geri çəkilin"

img

03-04-2016 [22:49]


"Dağlıq Qarabağda baş verənlər bizi narahat edir və insanların ölümünə üzülürük. Tərəfləri dərhal atəşkəsə əməl etmələrini və sülh danışıqları üçün müzakirələrə başlamağa çağırıram".

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt deyib.

Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Qarabağ probleminin sülh yolu ilə həlli üçün səy göstərəcəklərinə vəd verdiklərini deyən AŞPA sədri yaydığı yazılı açıqlamada Azərbaycanın birtərəfli atəşkəs qərarı verməsi ilə bağlı xəbəri məmunluqla qarşıladığını bildirib.

"BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq ermənilərin işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilmələri çağırışını edirəm" - deyə, Pedro Aqramunt qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA