Səbailin icra Bazçısı Asif Əsgərov Novruz bayramında cəbhə bölgəsində xidmət edən əsgərlərə baz çəkib

img

20-03-2010 [04:34]


Səbail İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayənsi xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində cəbhə bölgəsində rayonun hamiçilik etdiyi ?N? saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərimizin qonağı olmuşlar. Rayonun nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttində xidmət edən əsgərlərimizin xidməti ilə maraqlanmış, onların məişət şəraiti ilə yaxından tanış olmuş, maraqlı söhbətlər aparmışlar. Həmçinin Səbail rayon nümayəndələri rayondan hərbi xidmətə çağrılmış və həmin hərbi hissədə xidmət edən əsgərlərlə də görüşmüş, onlara məzunu olduqları orta məktəblərin kollektivlərinin salamlarını və hədiyyələrini çatdırmışlar. Rayondan çağrılmış əsgərlərin xidmətdəki uğurları qonaqları xüsusilə sevindirmişdir. Hərbi hissənin şəxsi heyəti ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir. Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik Etibar Əsgərov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə bayram tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xinmət edənhərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra nümayəndə respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük bayram konserti vermişlər. Populyar müğənni Nadir Qafarzadənin, onun rəhbərlik etdiyi ansamblının və kollektivin solistlərinin gözəl ifası, tanınmış rəqqasə Göyçək Fatimənin şux rəqsləri əsgərlər tərəfindən xususi rəğbətlə və sürəkli alqışlarla qarşılanmışdır. Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA