Əsgərlərini xilas etmək üçün qumbaranın üstünə atıldı - FOTOLAR

img

03-04-2016 [15:40]


Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir.

Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub.

E. Əliyev Füzuli rayonunda dəfn olunub.

Dəfn mərasimində mayorun hərbçi yoldaşları və rayon rəhbərliyi iştirak edib.

Qeyd edək ki, şəhid olan mayorumuz Füzulinin Dədəli kəndindəndir, ailəlidir.

Şəkildəki uşaq şəhid Elnur Əliyevin oğludur.

Yoldaşlarını xilas etmək üçün qumbaranın üstünə atıldı -  Fotolar
Yoldaşlarını xilas etmək üçün qumbaranın üstünə atıldı -  Fotolar

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA