ilham Əliyev Qız Qalasının yanında keçirilən Novruz zənliyində iztirak edib

img

20-03-2010 [04:16]


Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda, Qız Qalasının yanında keçirilən Novruz şənliyində iştirak edib. Novruz tonqalını alovlandıran prezident bayram şənliyində nitq söyləyib. Daha sonra dövlət başçısı bu il yanvarın 15-də dünyaya gəlmiş İlham İlkin oğlu Əhmədovun valideyinlərinə onun Azərbaycanın 9 milyonuncu vətəndaşı olmasını təsdiq edən Şəhadətnaməni və hesabında 20 min manat olan əmanət kitabçasını təqdim edib. Azərbaycan prezidenti Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliklərində də iştirak edib. Novruz bayramı münasibətilə keçirilən şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər də iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA