Avropa Birliyindən Qarabağla bağlı bəyanat: "Atəşi dayandırın!"

img

02-04-2016 [19:37]


Avropa Birliyi dərhal düşmənçiliyin dayandırılmasına və atəşkəs elan olunmasına çağırıb.

Bunu Avropa İttifaqının xarici işlər və siyasət təhlükəsizlik departamentinin ali nümayəndəsi Federika Moqerini bəyanatında qeyd edib.

"Təmas xətti boyunca şiddətli qarşıdurmalar məni narahat edir. Tərəflər iradə göstərməli və gərginliyin artmasına səbəb olacaq hərəkətlərdən çəkinməlidir" - deyə, Moqerini itkilərə də məyus olduğunu qeyd edib.

Avropa Birliyi, ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir: "Biz iki tərəfin qətiliklə atəşkəsə uymaq  hərbi qüvvələrin istifadə olunmaması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün addımlar atılacağını gözləyirik".

Moqerini:

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA