Ərdoğan Azərbaycan prezidentinə zəng etdi, başsağlığı verdi

img

02-04-2016 [19:10]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident İlham Əliyevə Qarabağdakı gərgin döyüşlərdə həlak olan qəhrəman əsgərlərimizlə bağlı zəng vurub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Məlumatda qeyd olunur ki, Ərdoğan cəbhədə şəhid olan əsgərlərimizə görə İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub, 100-dən artıq erməni əsgəri isə məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA