Xankəndində gərginlik yaşanır, Ermənistan hərbi aviasiyasını Gümrüdən İrəvana daşıdı

img

02-04-2016 [16:07]


Cəbhə xəttində bu gün baş verən döyüşlər Xankəndində gərginlik yaşanır.

"AzeriDefence”nin məlumatına görə, "Sputnik” beynəlxalq xəbər agentliyinin yaydığı videoda Xankəndi şəhərində gərginlik müşahidə olunur. Şəhərin küçələrində özüyeriyən artilleriya sistemlərinin və qoşun bölmələrinin hərəkəti qeydə alınıb.

Bu arada Ermənistan Müdafiə Nazirliyi hərbi aviasiyanı döyüş hazırlığına gətirildiyini açıqlayıb. Vəziyyətlə əlaqədar olaraq Ermənistan HHQ-nin Su-25 hücum təyyarələri Gümrüdəki aerodromdan İrəvanın Erebuni hərbi aerodromuna dislokasiya olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA