Tələbələrə şad xəbər - Gələn həftə təqaüdlər veriləcək

img

01-04-2016 [20:15]


Bakı Dövlət Universiteti tələbələrin təqaüd problemi ilə bağlı növbəti dəfə açıqlama yayıb.

Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli 38 saylı qərarı ilə tələbə təqaüdlərinin verilməsinin yeni qaydaları müəyyən edilib. Bu qaydalara əsasən, təqaüdlər tələbənin semestr ərzində müvəffəqiyyətini müəyyən edən Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) nəzərə alınmaqla hesablanmalı və dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı, ödənişli təhsil alan tələbələrə də şamil edilməlidir.

Qruplar üzrə yekun ÜOMG siyahısının hesablanması üçün bütün tələbələrin (üzrlü səbəbdən imtahana gəlməyənlərin, apellyasiya üçün müraciət edənlərin və s) yekun imtahan nəticələri nəzərə alınmalıdır ki, bu da müəyyən vaxt tələb edir. Digər tərəfdən yeni təqaüdə düşən ödənişli təhsil alan tələbələr üçün plastik kartlar hazırlanması tələb edilir ki, bu da bank sistemi ilə qarşılıqlı olaraq müəyyən prosedurların həyata keçirilməsi zərurətini yaradır.

Artıq Bakı Dövlət Universitetində bu prosedurlar tamamilə yekunlaşdırılıb. Lakin Novruz bayramı ilə əlaqədar olaraq təqaüdlərin verilməsində müəyyən gecikmələr baş verib. Rektorluğun bugünkü iclasında bu məsələlər ətraflı müzakirə olunub və məlum olub ki, növbəti həftənin ilk günlərindən etibarən təqaüdlərin verilməsi tamamilə təmin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA