01-04-2016 [15:52]
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov martın 31-də təmsil etdiyi 62 saylı Saatlı seçki dairəsinin seçiciləri ilə görüşüb.
Deputat görüşdən öncə 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar Saatlı rayonunun Şəhidlər xiyabanında düzənlənmiş mərasimdə iştirak edib. Mərasimdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan xalqına qarşı tarixin müxtəlif dövrlərində soyqırımı siyasətinin həyata keçirildiyini bildirib, konkret faktlar üzərində dayanıb.
Ə.Amaşov isə çıxışında ermənilərin ötən əsrin əvvəllərində Bakıda törətdikləri qırğınların Cənubi Qafqazda müsəlman-türk varlığına son qoymağa hesablandığını diqqətə çatdırıb. Bu siyasətin təzahür formalarının sonrakı mərhələlərdə də nəzərə çarpdığını deyən deputat tarixdə yaşananlardan nəticə çıxarmağın vacibliyini əsaslandırıb. Bu baxımdan soyqırımla bağlı təbliğat işlərinin gücləndirilməsi, həmçinin miqyasının daha da genişləndirilməsi zərurətini ön plana çəkib.
İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli çıxışında gənc nəslin mənəvi tərbiyəsi baxımından tarixi yaddaşımızla bağlı tədbirlərin təşkilinin əhəmiyyətindən söz açıb.
Seçicilərlə Saatlı rayon Gənclər Mərkəzində keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı S.Cabbarov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər şəxsləri də iştirak ediblər.
Görüş Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin nümayəndələrinin dinlənilməsi ilə başlayıb. Qarabağ müharibəsi veteranlarının bir çoxunun müraciətində onlarla birgə döyüşmüş həmyerlilələrinin müharibə veteranı statusu ala bilmədikləri qabardılıb. Ə.Amaşov bu istiqamətdəki fəaliyyətin kompleks aparılmasının vacibliyini bildirərək təklif edib ki, belə şəxslərin say tərkibi dəqiqləşdirilsin, ayrıca siyahısı tutulsun. O, problemin həllini vacibliyini bildirib və qarşıdakı müddətdə bununla bağlı addımların atılacağını, əlaqədar strukturlar qarşısında məsələ qaldırılacağını vurğulayıb. Görüşdə bu kateqoriyadan olan bəzi vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, eləcə də müayinə və müalicəsinin təşkili istiqamətində də konkret tapşırıqlar verilib.
Görüşdə həmçinin ayrı-ayrı vətəndaşların üzləşdikləri problemlər öyrənilib, çətinliklərin aradan qaldırılması yolları ətrafında müzakirələr aparılıb. Xüsusən kiçik və orta sahibkarlığın inkişafına, rayonda və kəndlərdə kənd təsərrüfatıtın inkişafına dair təkliflər qruplaşdırılıb. .jpg)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi