31-03-2016 [13:18]
"Bugün Azərbaycanda 31 Mart Soyqırımının növbəti ildönümü qeyd olunacaq. 31 mart günü son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılması, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biridir”.
Mia.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, 31 mart azərbaycanlıların soyqırımının ən bariz nümunəsidir: "Bolşevik və daşnak qüvvələri kütləvi şəkildə Bakıda və Azərbaycanın digər bölgələrində müsəlmanları məhv edirdilər. Onlar azərbaycanlıların kökünü kəsməyi qarşılarına məqsəd qoymuşdular. Tarixi sənədlər sübut edir ki, məhvetmə çox qəddarlıqla həyata keçirilib. Çar Rusiyası istəyirdi ki, Azərbaycanı erməniləşdirsin və onların əli ilə Türkiyə, İrana qarşı müharibə aparsın. Birinci Dünya Müharibəsinə qədər Azərbaycanda ermənilərin sayı bir milyon nəfərə çatdırıldı. Ermənilər müxtəlif yerlərdən Azərbaycana köçürülürdü. Onlara Azərbaycanın ən yaxşı yerlərində ev verilib. Bakının mərkəzində qısa müddətdə çoxsaylı ermənilər yerləşdirilib. Bunun nəticəsi olaraq 1905-1907-ci illərdə Bakıda müsəlmanlar qətlə yetirilib. 1918-ci ildə isə ermənilər daha genişmiqyaslı qırğın həyata keçirdilər. Bu soyqırımlar Cənubi Azərbaycanı, Şərqi Anadolunu, Borçalını, İrəvan Quberniyası və indiki Azərbaycan Respublikasının ərazisini əhatə edirdi. İrəvan Quberniyasında 1918-ci ilin martına qədər 199 azərbaycanlı kəndi tamamilə yerlə-yeksan edildi. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın rəhbərliyi altında aparılan soyqırımı siyasəti nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Lənkəranda, Hacıqabulda, Kürdəmirdə, Şamaxıda, Qubada müsəlmanlar amansızlıqla öldürülüb. İnsanları məscidlərə doldurub yandırıblar, ağlagəlməz işgəncələr veriblər”.
R.Qonaqov bildirir ki, sovet dönəmində 31 Mart soyqırımı araşdırılmayıb: "Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamından sonra 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Tarixi faciənin araşdırılması üçün xeyli işlər görülüb, elmi araşdırmalar aparılıb. Müsbət haldır ki, orta məktəblərdə, ali təhsil ocaqlarının tarix fakültələrində, digər elmi birliklərdə 31 Mart Soyqırımı ilə bağlı bir çox tədbirlər həyata keçirilir. Amma bununla kifayətlənmək olmaz. Biz 31 Mart Soyqırımını bütün dünyada tanıtmalıyıq. Bununla bağlı kampaniyanı gücləndirmək lazımdır”.
R.Qonaqov düşünür ki, erməni işğalçıları öz məkrli siyasətlərini sonradan da davam etdirib, Qarabağı işğal etdi, yüz minlərlə soydaşımızı yurd-yuvalarından didərgin saldılar: "31 Mart xalqımızın qan yaddaşıdır, onu unutmaq, yaddan çıxarmaq olmaz!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi