Qarabağda döyüşlər: erməni əsgəri yaralandı

img

31-03-2016 [12:42]


Martın 30-da qoşunların təmas xəttində David Qriqoryan adlı erməni hərbçisi güllə yarası alıb.

Virtualaz.org tert.am-a istinadən bildirir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan yayıb.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi bu gün erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozduğu barədə məlumat yayıb.

Məlumatda o da bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA