Göyçaylı ailə Somalidə güllələnib - FOTOLAR

img

31-03-2016 [11:19]


Somalinin paytaxtı Moqadişo yaxınlığında naməlum silahlılar içərisində Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də yerli sakinlər olan xidməti avtomobilə hücum ediblər.

APA-nın məlumatına görə, müəllim və şagirdləri daşıyan mikroavtobusa silahlı hücum zamanı həlak olan və xəsarət alan Azərbaycan vətəndaşlarının Göyçay rayon sakinləri olduğu müəyyənləşib. Hadisə zamanı Göyçayın Ləkçiplaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu – 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb. 

goycay02

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA