30-03-2016 [18:04]
Şoumen Kamran Həsənli müğənni Samir Piriyev haqqında hüquq-mühafizə orqanlarına şikayət edib
Mia.az xəbər verir ki, bu barədə anspress-ə K.Həsənli özü bildirib.
Şikayətin səbəbi isə S. Piriyevin ondan icazəsiz səsini yazması və bu səs yazısını kütləvi informasiya vasitələrində yayması olub:
"Qanunvericiliyə görə, kiminsə səsini icazəsiz yazmaq və onu ictimailəşdirmək cinayətdir. Səsi yalnız istisna hallarda, müəyyən qurumlar yaza bilər. Samir Piriyev belə bir qanunazidd əməl törədib və onun bu əməlində cinayət tərkibi var. Hüquq-mühafizə orqanlarına şikayət etmişik. Bu gün isə yuxarı instansiyalara öz şikayətimizi çatdıracağıq. Samir Piriyevin mənim səsimi yayması cinayətdir".
K. Həsənli müğənninin vəkili Ceyhun Yusifovun onun bacısı Gülər Həsənlinin də bu işdə əlinin olmasının faktlarla göstəriləcəyi fikrinə də münasibət bildirib:
"Samir bundan əvvəl istintaqa hansı faktlar təqdim etdi ki, hələ bir Gülər haqqında da hansısa fakt təqdim etsin? S. Piriyev bununla artıq 3-cü vəkillə razılığa gəlir. Məsələdən xəbərdar olan vəkillər işdən imtina edirlər. Onlar ilk gündən məhkəməni də aldatmağa cəhd göstərirlər. Belə ki, onlar istintaqa ilkin ifadələrində Türkiyədə heç bir obyekt olmadığını bildiriblər. Daha sonra istintaqla müəyyən edildi ki, onlar dəfələrlə həmin ölkədə olub, şirkətin rəhbəri ilə görüşüblər”.
Şoumen onu da əlavə edib ki, aprel ayının 2-də bütün bu məsələlərlə bağlı mətbuat konfransı keçirəcək və ictimaiyyətə bütün faktları açıqlayacaq.
Ötən gün müğənni Samir Piriyevin dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənlinin cinayət işi ilə əlaqədar özünə vəkil tutduğu ilə bağlı məlumatlar yayılıb. Məlumata əsasən, cinayət işinə görə vəkil Ceyhun Yusifovla razılığa gəlib. C.Yusifov açıqlama verərək bildirib ki o, ötən gün Samir Piriyevlə müqavilə bağlayıb:
"Aprelin 2-də bu işlə əlaqədar mətbuat konfransı da keçirəcəyik. Orada maraqlı açıqlamalar olacaq. Samir Piriyevlə Kamran Həsənli arasında növbəti səs yazıları ictimaiyyətə təqdim olunacaq. Hətta Kamran Həsənlinin bacısı Gülər Həsənlinin də bu işdə əlinin olması faktlarla göstəriləcək”.
Qeyd edək ki, martın 10-da bir sıra KİV-də Kamran Həsənlinin müğənni Samir Piriyev tərəfindən məhkəməyə verilməsi barədə məlumat yayılıb. Buna səbəbin isə Kamran Həsənlinin müğənniyə qarşı dələduzluq etməsi göstərilirdi.
Müğənninin vəkili Ruslan Əhmədoğlu bildirmişdi ki, müvəkkilinin Nərimanov Rayon Polis İdarəsinə müraciət etməsi dələduzluq faktı ilə əlaqədardır:
”Samir Piriyev bir müddət əvvəl Kamran Həsənliyə birgə biznes qurmaq üçün 125 min dollar pul verib. Daha sonra şəriklərin ortaq biznesi baş tutmadığı üçün S. Piriyev şoumendən həmin pulu geri qaytarmasını istəyib. Kamran Həsənli isə 45 min dolları geri qaytarsa da 80 min dolları sonra geri qaytaracağını deyib. Lakin üstündən vaxt keçməsinə baxmayaraq K. Həsənli həmin pulu geri qaytarmayıb. Müğənni də məcbur olub polisə müraciət edib”.
Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi