30-03-2016 [16:36]
Dərc etdiyim qərar borcluların bir sıra problemini həll edə bilər: həm birbaşa, həm də dolayısı. Birbaşa: borclu vəfat edibsə, ipoteka müqaviləsi və zaminlik müqaviləsinə xitam verilir (yəni əmlak girovdan azad olur, zamin də zaminlikdən). Dolayısı: devalvasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir, buna görə də borclu krediti əvvəlki məzənnə ilə qaytara bilər.
İşin qısa mahiyyəti belədir. Vətəndaşın (borclunun) lizinq şirkətinə borcu var. Həmin borc başqa vətəndaşın (ipoteka qoyanın) mənzilinin ipotekası ilə təmin olunub. Borclu vəfat edib (özünü asıb). İpoteka qoyan məhkəməyə müraciət edib ki, borclu vəfat etdiyi üçün mənzili ipotekadan azad edilsin. Binəqədi rayon məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və nəhayət Ali Məhkəmə ardıcıl olaraq ipoteka qoyanın xeyrinə qərar çıxararaq onun mənzilini ipotekadan azad ediblər.
Məhkəmələr qərarlarını Mülki Məcəllənin 422-ci maddəsi ("Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) ilə əsaslandırıb. Belə ki, məhkəmələr borclunun vəfatını ipoteka qoyan üçün gözlənilməz (əvvəlcədən görə bilməyib bunu) və buna görə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirib. Bu əsasla da vətəndaşın mənzili ipotekadan azad edilib.
Qeyd etdiyim kimi, bu qərardan birbaşa yararlanmaq olar. Belə ki, bütün hallarda borclu vəfat edibsə, ipoteka müqaviləsi və zaminlik müqaviləsinə xitam verilməlidir. Yəni kim əmlakını sonradan ölmüş vətəndaşın kreditinə görə girov qoyubsa, girovunun azad edilməsini tələb edə bilər. Kim sonradan ölmüş vətəndaşın kreditinə görə zamin durubsa, zaminlikdən azad olunmasını tələb edə bilər.
Bu qərardan dolayısı ilə də yararlanmaq olar. Belə ki, məhkəmələrin istinad etdiyi Mülki Məcəllənin 422-maddəsində deyilir: "Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar”. Məlumdur ki, ölüm haqdır, hamı onu dadacaq. Bununla belə, məhkəmələr hesab edib ki, ipoteka qoyan borclunun öləcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Əgər mütləq olacaq ölüm şəraitin əhəmiyyətli dəyişməsidirsə, təbii, olub-olmayacağı bilinməyən ikiqat devalvasiya da şəraitin əhəmiyyətli dəyişməsidir və müqavilə şərtlərinin dəyişdirilməsi (məsələn, kreditin əvvəlki məzənnə ilə qaytarılması) üçün əsasdır.
Buna görə də bütün hüquqşünas həmkarlarıma, habelə bütün borclulara Ali Məhkəmə başda olmaqla məhkəmə sistemimizin yaratdığı presedentdən istifadə etməyi tövsiyə edirəm. İrəli!
P.S. Qeyd etməliyəm ki, əslində sözügedən qərarı ən azı mübahisəli hesab edirəm. Kifayət qədər iradım var bu qərara (amma bankların xeyrinə olduğu üçün hələlik deməyəcəm onları). Bununla belə, qərar verilib, ona riayət etmək və digər işlərdə də ondan yararlanmaq, rəhbər tutmaq lazımdır. Necə ki, banklar Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qanunsuz qərarından yararlanır. İrəli!
Əkrəm Həsənov,
bank işi üzrə tanınmış mütəxəssis
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi