"Qırmızı kitab"a düşən quşların ovlanmasına kimlər icazə verir? - Ərəb şeyxləri yenidən Hacıqabulda!

img

30-03-2016 [15:44]


Ərəb şeyxlərinin ölkəmizdə ov macəraları davam etməkdədir.

Birləşmiş Ərərb Əmirliyinin Dubay şahzadəsi Həmdan bin Məhəmməd əl Məktumun dostları və qohumları yenidən Hacıqabulun Qarasu kəndinə gəliblər.

Bu barədə Strateq.az-a kənd sakinləri məlumat verib. Qarasauda çadır quran ərəblər bahalı maşınları ilə diqqəti çəkib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ilin sonlarından məlumat yayaraq Azərbaycan ərazisində ovlanacaq heyvan və quşlarla bağlı, eyni zamanda ov yerləri ilə bağlı məhdudiyyət qoyub. Hələ o zaman ekoloq Telman Zeynalov bildirmişdi ki, xarici ölkə vətəndaşları Azərbaycanda ov etmək istəyərlərsə, ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər: "Özü də kefləri harda istəsə yox, nazirliyin göstərdiyi ərazidə ov edə bilərlər”. 

Ekoloq onu da açıqlamışdı ki, ov mövsümünün başlanması ilə bağlı elanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir. Nazirliyin ov mövsümünü açıq elan etməsi iıə bağlı müraciəti isə hələ ki gözə dəymir.

Bildirək ki, Dubay şahzadələri Azərbaycana dovşan, ördək, qaşqaldaq deyil, adı Azərbaycanın Qırmızı Kitabına düşən, nəsli kəsilməkdə olan bəzdək və digər quşları ovlamaqda maraqlıdırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA