İlham Əliyev ABŞ Dövlət katibi ilə görüşəcək - Rəsmi

img

30-03-2016 [14:22]


4-cü Beynəlxalq Nüvə Sammitində iştirak etmək üçün Vaşinqtona  səfəri çərçivəsində prezident İlham Əliyevin ABŞ Dövlət katibi Con Kerri ilə görüşü nəzərdə tutulub. 

Dövlət Departamentinin saytında Con Kerrinin bu gün üçün açıqlanan iş qrafikində qeyd olunub ki,  dövlət katibi Vaşinqton vaxtı ilə saat 14.00-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.  Görüş Bakı vaxtı ilə saat 22.00-da baş tutacaq.

Prezident İlham Əliyevlə görüşdən əvvəl C.Kerrinin Argentina XİN başçısı və Nigeriya nümandə heyəti ilə danışıqlar aparması planlaşdırılır.

Prezident İlham Əliyevlə danışıqlardan sonra isə C.Kerrinin prezident Barak Obama ilə görüşü nəzərdə tutur.

Ehtimal edə bilərik ki,  Dövlət katibi aparılan danışıqlar barədə prezident Barak Obamanı məlumatlandıracaq.

Kerri-qrafik

Strateq.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA