Bayram günlərində yağız yağmayacaq

img

19-03-2010 [12:17]


Bayram günlərində ölkə ərazisində hava dəyişkən buludlu olacaq. Novruz bayramının ilk günü - martın 20-də Bakıda və Abşeron yarmadasında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4? isti, gündüz 8-11? isti olacaq. Martın 21-də hava arabir tutulacaq. Ancaq gün əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 8-12? isti təkşil edəcək. Martın 22-də də dəyişkən buludlu, əsasən yağmursuz hava davam edəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 9-13? isti olacaq. Azərbaycanın rayonlarında martın 20-i gün ərzində əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5? isti, gündüz 10-15? isti, dağlarda gecə 0-4? şaxta, gündüz 0-5? isti olacaq. Martın 21-22-də gün əsasən yağmursuz olsa da, 20-dən 21-nə keçən gecə bəzi cənub rayonlarında az yağıntı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7? isti, gündüz 11-16? isti, dağlarda gecə 0-5? isti, gündüz 5-10? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA