Əkrəm Əylisli hava limanında saxlanıldı - Müəmma

img

30-03-2016 [11:43]


Yazıçı Əkrəm Əylisli martın 30-u səhər Bakı aeroportunda saxlanılıb.

Onun Venesiyada keçirilən kitab festivalına getmək istədiyi bildirilir.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Həyat yoldaşı Qalina Əylislinin bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu bildirilməyib.

Q.Əylislinin dediyinə görə, əri böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar(Turan). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA