30-03-2016 [11:07]
Dünən Rusiya prezidenti Vladimir Putin Nijniy Novqorodda hərbi-texniki əməkdaşlıq üzrə hökumət komissiyasının iclasını keçirib.
Virtualaz.org xəbər verir ki, iclasda Rusiyanın silah ixracına dair məsələlər müzakirə olunub. Putin bəyan edib ki, Rusiya silahlarına tələbat sürətlə artır və Suriyada keçirilən hərbi əməliyyatlar da tələbatın artmasına səbəb olub. Çünki bu əməliyyatlar zamanı Rusiyanın yeni silahları real döyüş şəraitində uğurla sınaqdan çıxıb. Putinin sözlərinə görə, ötən il Rusiya 14.5 milyard dollarlıq silah ixrac edib. Sifarişlər portfeli isə rekord həddə-52 milyard dollara çatıb.
"Kommersant” yazır ki, Putin MDB ölkələrinə silah ixracının da genişləndiyini, yeni sifarişlərin daxil olduğunu deyib. Qəzetin yazdığına görə bu zaman Putin Azərbaycanla 2011-ci ildə imzalanmış müqaviləyə də istinad edib. Həmin müqaviləyə əsasən Azərbaycan Rusiyadan T-90S tankları, BMP-3 piyada döyüş maşınları, TOS-1A "Solntsepyok” ağır odsaçan sistemləri və digər hücum silahları alıb.
Bununla belə "Kommersant” qeyd edir ki, dünənki iclas tənqidlərsiz də ötüşməyib. Putin 2011-ci ildə Fransadan iki "Mistral” vertolyotdaşıyan gəmisinin alınmasına dair bağlanmış müqavilənin şərtlərinin Rusiya üçün tam əlverişsiz olduğunu deyib. Çünki həmin müqaviləyə əsasən Fransa tərəfi hökumətin qərarı ilə müqaviləni pozmaq imkanı əldə edib.
Habelə müqavilə birtərəfli qaydada pozulardısa Rusiya 1 milyardlıq müqavilədən cəmi 20 faiz ödənişi geri ala bilərdi. İkinci məsələ isə imzalanmış müqavilələrin yerinə yetirilməsi ilə bağlı texniki problemlərlə, konkret olaraq Azərbaycana BTR-82A zirehli transportyorlarının göndərilməsi ilə bağlı olub. Lakin qəzet Putinin bu məsələdə məhz nədən narazı qaldığını yazmır.
Xatırladaq ki, martın əvvəllərində Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozin "Rosoboroneksport”un nümayəndələri ilə Bakıya qəfil səfər edib. "Kommersant” iddia edib ki, səfər Azərbaycan tərəfinin sifariş verdiyi silahlara və texnikaya görə ödənişləri gecikdirməsi ilə əlaqəlidir. Belə ki, sifariş verilən texnika gəmilərə yüklənərək göndərilib, ancaq pulu ödənilmədiyindən boşaldılmır. Lakin Azərbaycan tərəfi ödənişlərlə bağlı heç bir problem olmadığını bəyan edib.
Xarici işlər naziri Elmar Məmmədyarov "Kommersant”a müsahibəsində deyib ki, problem bəzi silahların texniki parametrlərinin müqavilədə göstərilənlərə uyğun gəlməməsindədir və Roqozin bu problemin tezliklə aradan qaldırılacağına dair vəd verib. Habelə dünən məlum olub ki, Roqozinin Bakıya səfərindən sonra Azərbaycan Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad edilib, barəsində cinayət işi qaldırılıb. Onun Rusiya ilə silah müqaviləsindən hansısa formada korrupsiya məqsədi ilə yararlanmaq istədiyi bildirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi