Ramil Usubov əmr verdi, deputatın qardaşı polis rəisi oldu

img

29-03-2016 [23:01]


Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yeni polis rəisi təyin edib.

Nazirin imzaladığı əmrə əsasən, millət vəkili Sahib Alıyevin qardaşı Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsini Hikmət Usubov tutub. H.Usubov az öncə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə rəis təyin edilib.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA