Binəqədidə evləri su basdı, FHN müdaxilə etdi

img

29-03-2016 [18:18]


Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda, yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

Mia.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib.

Əməliyyat saat 16:05-də başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA