Azərbaycanda oxuyub-yazmağı bacarmayan 100 şagird aşkarlandı

img

29-03-2016 [14:34]


2015-ci ildə keçirilmiş buraxılış imtahanlarında 9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfər təşkil edib. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlər sırasında Sabirabad rayonundan 6 nəfər, Lənkəran rayonundan 4 nəfər, Hacıqabul rayonundan 3 nəfər, Tovuz rayonundan 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsindən isə 1 nəfər olub.

9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərdən 12-si Astara, 9-u Sabirabad, 8-i Lerik rayonundan olub. Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonlarının hərəsindən 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsindən 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcabədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsindən 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsindən isə 1 nəfərin də oxuyub-yaza bilməiyi aşkarlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA