29-03-2016 [13:56]
Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) təşkilatçılığı ilə "İribuynuzlu heyvanların virus xəstəliklərinin profilaktikası, diaqnostikası və mübarizə tədbirlərinə dair” seminar keçirilib.
Tədbirdə dövlət və özəl baytarlıq mütəxəssisləri, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun alimləri, Respublika Baytarlıq Laboratoriyasının əməkdaşları ilə yanaşı, Rusiya Federasiyasının "NARVAK” Elmi-İstehsalat Birliyinin elm işlər üzrə baş direktorunun müavini, baytarlıq elmləri doktoru İrina Anatolyevna Proxorova iştirak edirdilər.
Baytar həkimlərinin, alimlərin cəlb edildiyi tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, son illər dünyada, eləcə də qonşu ölkələrdə heyvanlar arasında bir çox xəstəliklər qeydə alınmaqdadır. Bu xəstəliklər ölkə iqtisadiyyatına, xüsusilə heyvandarlığa, insan sağlamlığına və qida təhlükəsizliyinə ciddi zərər vurur.
İti yoluxucu xəstəliklərdən heç bir ölkənin sığortalanmasının mümkün olmadığını diqqətə çatdıran A.Süleymanov qeyd etdi ki, tədbirdə təqdim edilən xəstəliklərin əksəriyyəti region üçün xarakterik deyildir. İnfeksion və invazion ekzootik xəstəliklərlə mübarizə aparmaq, vaxtlı-vaxtında müalicə-profilaktika tədbirləri görmək ölkə baytarlarının əsas vəzifələrindən biridir. Odur ki, bu xəstəliklərin profilaktikası, diaqnozu, müalicəsi və xəstəliklər zamanı aparılan dezinfeksiya tədbirlərinin keyfiyyətinin qiymətləndirilməsi barədə məlumatlar, alim məsləhəti və tövsiyələri vacibdir.
Seminarda "İribuynuzlu və xırdabuynuzlu heyvanların əsas təhlükəli virus mənşəli xəstəlikləri, onların diaqnostikası və profilaktikası haqqında (nodulyar dermatit, paraqrip-3, viruslu diareya, adenovirus, rota və koronavirus, rinotraxeit infeksiyası və s.,)”, "Xırdabuynuzlu heyvanların əsas təhlükəli virus xəstəlikləri, onların diaqnostikası və profilaktikası haqqında (blutanq, xırdabuynuzlu heyvanların taunu, çiçək xəstəlikləri və s.,)”, "İri və xırdabuynuzlu heyvanların virus xəstəliklərinə qarşı mübarizə tədbirləri (peyvənd, müalicə vasitələri, dezinfeksiya, dezinseksiya və s.,), "Xırdabuynuzlu heyvanların invazion xəstəliklərinin profilaktika və müalicə vasitələri” mövzularında məruzələrlə çıxış edən Rusiya Federasiyasının "NARVAK” Elmi-İstehsalat Birliyinin elm işlər üzrə baş direktorunun müavini, baytarlıq elmləri doktoru İrina Anatolyevna Proxorova ayrı-ayrı xəstəliklərin profilaktikasından, diaqnostikasından, müalicəsindən və dezinfeksiyanın qiymətləndirilməsindən ətraflı məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, infeksiya və invaziyalar yalnız inkişaf etməkdə olan deyil, həm də inkişaf etmiş ölkələrin ən böyük problemi olmaqda davam edir. Əvvəllər sadəcə hər hansı bir ölkə və ya bölgələrə xas olan xəstəliklər indi bütün dünyada sürətlə yayıla bilir. İnfeksiyalarla mübarizə üçün baytar həkimlərinin xəstəliklər barədə ətraflı məlumatı olmalı, düzgün diaqnozu təyin etməli, profilaktik-müalicə işlərini aparmalı və dezinfeksiya üsullarını bilmələri çox vacibdir. Aparılam tədbirlərin əsas məqsədi infeksiyanı və invaziyanı yayan xəstəlik mənbələrinin zərərsizləşdirilməsidir.
Sonda məruzələr ətrafında çıxışlar olmuş, alim və mütəxəssislərin diskusiyaları keçirilmiş, suallar cavablandırılmış, geniş fikir mübadiləsi aparılmış və qərara alınmışdır ki, gələcəkdə bu kimi tədbirlər müntəzəm olaraq davam etdirilsin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi