Azərbaycanda baharın gəlizi martın 20-də Bakı vaxtı ilə saat 21:32 radələrində baz verəcək

img

18-03-2010 [07:12]


AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev 2010-cu ildə Azərbaycan ərazisində baharın gəlişinin martın 20-də Bakı vaxtı ilə təxminən saat 21:32 radələrində baş verəcəyini bildirib. Onun sözlərinə görə, martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcəkdir. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaqdır. Bu nöqtəyə astronomiyada ?yaz bərabərliyi nöqtəsi? deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabər olur. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 20-nə qədər davam edir(www.science.gov.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA