29-03-2016 [10:15]
Binəqədi rayonunda salınan "Azadlıq” parkı acınacaqlı durumdadır. Burada yaşayanların ən çox dincəldiyi park baxımsızlıqdan bərbad vəziyyətə düşüb.
Pakın döşəməsi dağılıb, ağaclar isə məhv edilir. Ətrafda aparılan onlarla tikili parkı tanınmaz hala salıb. "Azadlıq” metrostansiyası parkın içindən keçdiyindən buradan keçənlər əlindəki əşyalar parka atır.
"Azadlıq” parkı Binəqədi Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşsə də, bu biabırçı vəziyyəti görməzdən gəlirlər. Yol kənarlarında "Təmiz Binəqədi” sözləri yazılsa da, mənzərə yuxarıda təsvir etdiyimiz kimidir. biabırçı lakin görünür icra nümayəndələri bu şüarı layiqincə yerinə yetirə bilmirlər.
"Azadlıq” parkından Binəqədi Rayon İcra Hakimiyyətinə 1-2 dəqiqəlik yoldur. Kənardan icra hakimiyyətinin "Ağ Evi” xatırladan dəbdəbəli binası görünür. Geniş həyət, yaşıllıqlar içərisində ucalan bina...
Binanın həyətində 2-3 bağban işləyir. Xaricdən xüsusi gətirilmiş ağaclar yetişdirilir. İcra başçısı binanın həyətini qiymətli bitki hesab edilən Yaponiyanın "Zelkova Serrata”sı ilə bəzəyib. Bir sözlə, cənnət-məkan...
İcra nümayəndələri səliqəli və "Təmiz Binəqədi”ni, sən demə, öz idarələrinin həyətində yaradıblar. Həyətin dörd yanına da "təmizliyə riayət edin” sözləri yazılıb.
Ərazidə olduğumuz zaman diqqətimizi çəkən maraqlı bir məqam da oldu. İndiyədək dövlət qurumlarının qarşısında xüsusi "moyka” və ya kafeyə rast gəlməsək də, bu halı yalnız Binəqədi Rayon İcra Hakimiyyətinin həyətində gördük.
Dəbdəbəli və bahalı mərmər daşlardan tikilmiş "moyka” yalnız icra başçısının avtomobilini yumaq üçün tikilib. Belə ki, icra başçısı Xaləddin İsgəndərov icra hakimiyyətinin binasının qarşısında şəxsi avtomobillərinin yuyulması üçün "moyka” açıb. Fürsətdən istifadə edib, avtomobil yuyan sürücü ilə də həmsöhbət olduq. Bildirdi ki, bura yalnız icra başçısı Xaləddin İsgəndərova məxsusdur. Burada ancaq icra başçısının avtomobili yuyulur.
Dövlət idarəsinin qarşısında şəxsi məqsədlər üçün hər hansı bir obyekt tikməyin qadağan olduğunu yəqin ki, Xaləddin İsgəndərov da bilir(musavat.com).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi