Abel Məhərrəmov 7 fakültəyə dekan axtarır - Vakant yerlər (SİYAHI)

img

29-03-2016 [10:10]


Bakı Dövlət Universitetinin (BDU) rektorluğu 7 fakültə üzrə boş olan dekan vəzifələri üçün müsabiqə elan edib.

"Report"un xəbərinə görə, BDU-nun Mexanika-riyaziyyat, Kimya, Ekologiya və torpaqşünaslıq, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Filologiya, Sosial elmlər və psixologiya fakültələri üçün dekan vəzifələri vakantdır.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini bir ay müddətində mövcud Əsasnaməyə müvafiq olaraq rektorun adına yazılan ərizə ilə birlikdə Bakı şəhəri Z. Xəlilov küçəsi 23 AZ-1148 ünvanına təqdim etməlidirlər.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA