Səlim Müslümov DSMF-də şöbələri ləğv etdi

img

28-03-2016 [23:35]


Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov bir neçə gün öncə ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunda ilk iclasını keçirib.

Mia.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, nazir iclasda bir sıra tapşırıq və tövsiyyələrini verib. Bununla belə, Səlim Müslümov Fondda bir sıra şöbələrin ləğv edilməsi ilə bağlı da qərar çıxarıb. Nazirliyin Aparat rəhbəri Əjdər Ol unikal.org-a faktı təsdiqləyib və bildirib ki, bu cür islahatlar davam edəcək.

Xatırladaq ki, mart ayının 19-da Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA