28-03-2016 [14:28]
Yeni İnzibati Xətalar Məcəlləsi sürücülər tərəfindən törədilən və elektron protokolla rəsmiləşdirilən qayda pozuntularının dairəsini bir qədər dəyişib. Yeni Məcəllədəyə əsasən, elektron protokol (MMX protokol) sürücünün törətdiyi aşağıdakı qayda pozuntuları ilə əlaqədar tərtib oluna bilər. Avtosfer.az həmin xətaların tam siyahısını təqdim edir:
327.1-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni;
- yol nişanlarının və ya yolların hərəkət hissəsinə çəkilmiş nişanlanma xətlərinin tələblərinə riayət edilməməsi;
- nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydalarının pozulması;
- araməsafəsinə dair qaydaların pozulması;
- yedəyə alma qaydalarının pozulması;
- yükdaşıma qaydalarının pozulması;
- sürmə təlimi keçmə qaydalarının pozulması;
- yaşayış zonasında hərəkət etmə qaydalarının pozulması;
- əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarının pozulması;
- əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması;
- səkilərlə hərəkət edilməsi;
- "Yol hərəkəti haqqında” qanunla nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi;
- sürücü tərəfindən nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması;
327.2-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi;
- 3.1 "Giriş qadağandır” yol nişanının tələblinin pozulması;
- sərnişindaşıma qaydalarının pozulması;
- əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması;
- əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması;
- yolayrıcını keçmə qaydalarının pozulması;
- ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması;
- 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə.
327.3-cü maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması;
- müvafiq icra hakimiyyəti orqanı əməkdaşının (polisin) nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi.
327.4-cü maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə;
- 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə.
327.5-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi;
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi;
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda geriyə dönmə;
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda geriyə hərəkət etmə;
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda sürmə təlimi keçmə.
328-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni yolda müəyyən edilmiş hərəkət sürəti həddini:
- 10-20 km/saat həddində aşma;
- 21-40 km/saat həddində aşma;
- 41-60 km/saat həddində aşma;
- 61 km/saat və daha artıq aşma.
329.1-ci maddədə nəzərdə tutulan qayda pozuntusu, yəni
- təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə.
329.2-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etmə;
- motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşıma.
330-cu maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni sürücü tərəfindən:
- nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi;
- yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsi.
346.3-cü maddədə nəzərdə tutulan qayda pozuntusı, yəni;
- ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırma.
469.3-cü maddədə nəzərdə tutulan xəta, yəni;
"İcbari sığortalar haqqında” qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması.
Sadalanan qayda pozuntuları istər stasionar nəzarət kameraları ("Təhlükəsiz şəhər” kameraları), istərsə də "İ-Patrul” sistemi ilə təchiz edilmiş DYP avtomobillərinin kameraları vasitəsilə qeydə alına bilər. Onlar qeydə alındıqdan sonra Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sistemində avtomatik olaraq elektron protokollar tərtib olunur.
Ərşad Hüseynov,
hüquqşünas
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi