MTN-in idarə rəisinə "yox" deyildi

img

28-03-2016 [14:17]



Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanovun apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib. Qeyd edək ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsinin qərarı ilə S. Qurbanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA