“Bu amansız terrordan hiddətlənirik” - İlham Əliyev

img

28-03-2016 [13:13]


Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Mia.az xəbər verir ki, prezident Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib: "Biz dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA