"Azercell" abunəçilərinə müraciət etdi - Səbəb

img

28-03-2016 [12:54]


Azərbaycanda yay vaxtına keçidin ləğv ediməsi ilə əlaqədar olaraq və çoxsaylı abunəçi müraciətlərini nəzərə alaraq "Azercell Telekom” MMC xəbərdar edir: vaxtın avtomatik dəyişdirilməsi proqramı mobil telefonların, xüsusilə də smartfonların əməlıyyat sisteminə istehsalçılar tərəfindən əvvəlcədən quraşdırılırıldığı üçün telefonların göstəriciləri əvvəlki qaydada yay vaxtına keçə bilər.

İstifadənizdə olan mobil cihazda Azercell-in fəaliyyətindən asılı olmayan və şirkətin müdaxilə imkanından xaric yaranan yanlış zaman göstəricilərini (yay vaxtını) real vaxt göstəricilərinə uyğunlaşdırmaq məqsədilə cihazın mexaniki vaxt dəyişmə funksiyasından fərdi şəkildə istifadə edərək lazımi saatı quraşdırmağı təklif edirik. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA