Bahar Muradova Füzuli sakinlərinin bayram zənliyində iztirak edib

img

18-03-2010 [04:32]


Milli Məclis sədrinin müavini Bahar Muradova martın 18-də Füzuli rayonunda olub. Bahar Muradova və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Horadiz şəhərində dəmir yolu vağzalı önündə Novruz bayramı münasibətilə meydan tamaşası göstərilib. Rayonun incəsənət ustaları rəngarəng konsert proqramı təqdim etmiş, gənc idmançıların nümunəvi çıxışları olmuş, Novruzun məşhur personajları - Kosa ilə Keçəlin çıxışları maraqla qarşılanıb. Bahar Muradaova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını bildiriblər. Həmin gün Milli Məclis sədrinin müavini rayonun bir sıra yaşayış məntəqələrində olmuş, əhali ilə görüşmüş, 150 nəfər şəhid ailəsinə Novruz bayramı sovqatları, 5 nəfər şikəstə əlil arabası vermiş, Bahar bayramının gəlişi münasibətilə məcburi köçkünləri təbrik edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA