28-03-2016 [11:09]
Naxçıvan Muxtar Respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov həbs xəbəri təsdiqlənib. "Turan” agentliyinin Naxçıvandakı mənbələri sabiq nazirin Naxçıvan MTN-in binasında təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsi ittihamı ilə həbs edildiyini bildirib.
Mia.az xəbər verir ki, agentliyin yazdığına görə həbsin əsl səbəbi V.Ələsgərovun keçmiş MTN rəhbəri Eldar Mahmudova yaxın olmasıdır. Yerli mənbələr həmçinin bildiriblər ki, V.Ələsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Onların kommersiya obyektləri və ya əmlakları əllərindən alınıb.
"Ələsgərovun qohumlarının şəxsi avtomobillərində MTN-in 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb”, - Naxçıvandakı məlumatlı mənbə bildirib. Bundan əlavə, Naxçıvan şəhərində V.Ələsgərovun E.Mahmudov üçün tikdirdiyi villa sökülüb. Bata-bat adlanan kurort ərazisində E.Mahmudov üçün tikilən başqa bir villa isə müsadirə edilib.
Naxçıvanın rəsmi dairələrindən və ya Azərbaycan Baş Prokurorluğundan şərh almaq cəhdləri baş tutmayıb.
Xatırladaq ki, Vəli Ələsgərovun adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqib olunması ilə bağlı qalmaqallarda dəfələrlə keçib. Bu işlərin arasında İranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun MTN-də ölməsi də var.
Bundan əlavə, hüquq müdafiəçiləri Məlahət və İlqar Nəsibovlara çoxillik təzyiqlər sonuncunun hücuma məruz qalması və ağır xəsarət alması ilə nəticələnib.
"Yeni Müsavat” isə yazır ki, V. Ələsgərovun həbsi sabiq nazir Eldar Mahmudovun ətrafında halqanın daralması kimi qiymətləndirilir. Bildirilir ki, V.Ələsgərov E.Mahmudovun kriminal çetesinə daxil olmaqla qanunsuz dinləmələr həyata keçirməsinə qeyri-rəsmi göstərişlər verib. Bu yolla əldə olunan məlumatlardan sonradan siyasi şantaj vasitəsi kimi istifadə olunması nəzərdə tutulub. Hələlik qanunsuz dinləmələr yolu ilə əldə edilmiş materiallar vasitəsi ilə Naxçıvanın hansı vəzifəli şəxslərinin şantaj olunması haqda dəqiq məlumatlar yoxdur. Amma istisna deyil ki, belə şantajla üz-üzə qalan muxtar respublika rəhbərliyinə daxil olan şəxslər olub.
İndi məlum olur ki, V.Ələsgərov işdən çıxarılandan ev dustaqlığında olub. Onun Naxçıvan Ali Məclisinin rəhbərliyinə daxil olan şəxslərin qanunsuz dinləmələr həyata keçirməsi haqda da xəbərlər var.
Vəli Ələsgərovun Naxçıvandakı obyektləri, "XI əsr” adlı restoranı və ona bitişik marketi, pivə evi sökülüb.
Görünən budur ki, E.Mahmudovun yaxın ətrafına daxil olan şəxsləri həbs etməklə istintaq addım-addım eks-nazirin ətrafında halqanı daraldır. Hazırda MTN-də baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi istintaq olunur. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi