27-03-2016 [17:42]
Martın 27-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qubadlı rayonundan olan 14 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Binəqədi rayonu Sarıqaya massivindəki Novxanı istirahət bazasında baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub.
"Qafqazinfo” xəbər verir ki, yanğın nəticəsində binanın dam örtüyünün 1200 kvadratmetr sahədə yandığı, lakin mənzillərə ciddi ziyan dəymədiyi bildirilib. Hadisədən dərhal sonra Qubadlı və Binəqədi rayon icra hakimiyyətləri tərəfindən məcburi köçkünlərə kömək göstərilib, təmir işləri başa çatanadək müvəqqəti qalmaları üçün onlara iki aylıq kirayə haqları əvvəlcədən ödənilib.
Sonra Baş nazirin müavini məcburi köçkünlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.
Əli Həsənov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. Binada məskunlaşan məcburi köçkünlərin 20 ildən artıq müddətdə burada yaşadıqlarını vurğulayan baş nazirin müavini görülən işlərlə bağlı deyib: "Baş vermiş yanğın nəticəsində sakinlərdən xəsarət alan olmayıb. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində alovun mənzillərə keçməsinin qarşısı alınıb. Lakin binanın 1200 kvadratmetrlik dam örtüyü tamamilə yanıb. Yanğının baş vermə səbəbləri ilə bağlı ciddi araşdırma aparılır”.
Yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı Dövlət Komitəsi tərəfindən təcili tədbirlərin görüldüyünü vurğulayan Əli Həsənov əsaslı təmir işlərinin qısa müddətdə başa çatdırılacağını bildirib. Baş nazirin müavini binada məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli üçün Qubadlı və Binəqədi rayon icra hakimiyyətləri tərəfindən də iş aparıldığını deyib.
Əli Həsənov əsaslı təmir işlərinin yüksək səviyyədə aparılması, binada məskunlaşan ailələrin problemlərinin həlli ilə bağlı tapşırıqlar verib.






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi