Azərbaycanda saat neçədir - Diqqətli olun

img

27-03-2016 [12:08]


Bu gün dünyanın bir çox ölkələrində saatlar 1 saat irəli çəkildi.

Bu ildən Azərbaycanda yay vaxtına keçid ləğv olunduğundan ölkəmizdə bu tətbiq olunmadı. Yəni saatlar irəli çəkilmədi. Amma telefonlarda və kompüterlərdə saatlar avtomatik olaraq irəli çəkilib. Bu da bir sıra insanlarda anlaşılmazlıq yaradıb.

İndi böyük əksəriyyət zamanı məhz telefonla öyrəndiyi üçün müəyyən problemlə qarşılaşa bilər. Bu problemlə qarşılaşmamaq üçün telefonunuzdakı zamanı divar saatı ilə tənzimləmək məsləhətdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA