Zakir Həsənov tapşırıq verdi; Ordu döyüş hazırlığında

img

26-03-2016 [18:13]


Müdafiə nazirinin rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Mia.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Müşavirədə cari vəziyyət təhlil edilərək konkret tapşırıqlar qoyulub.
Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıq verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA