Müdafiə Nazirliyi erməni tərəfinin iddialarına münasibət bildirib

img

26-03-2016 [13:39]


"Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil. Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik”. Bu barədə "Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin məbuat xidmətindən bildirilib.

Nazirlikdən erməni mətbuatının iddiaları ilə bağlı qed edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri yalnız düşmən mövqelərini, səngərlərini, hərbi məqsədli obyektləri, nəqliyyat vasitələrini və kommunukasiya xətlərini hədəfdə saxlayır: "Hər dəfə Ermənistanın hərbi-siyasi rejiminin nümayəndələrinin cəbhəyə səfərlərindən sonra bütün təmas xətti boyu gərginliyin artması müşahidə edilir və bu süni şəkildə vəziyyəti kəskinləşdirmək məqsədi daşıyır”.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA