Vasif Talıbov Eldar Mahmudovun villasını sökdürdü

img

26-03-2016 [11:10]


Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri VəliƏləsgərovun həbsi barədəməlumat vermişdik. Məlumatda deyilirdi ki, VəliƏləsgərov bir neçəhəftəəvvəl həbs edilib. Həbsin formal səbəbi Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin binasında təmir-tikinti işlərinəayrılmış vəsaitin mənimsənilməsidir.

Naxçıvandakı mənbələr "Turana”a məlumatı təsdiqləyib. Lakin onlar bildiriblər ki, VəliƏləsgərovun həbsininəsl səbəbi onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın olmasıdır.

Yerli mənbələr həmçinin bildiriblər ki, VəliƏləsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Onların kommersiya obyektləri vəyaəmlaklarıəllərindən alınıb.

"Ələsgərovun qohumlarının şəxsi avtomobillərindəMTN-nin 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb”, – deyəNaxçıvandakı məlumatlı mənbəbildirib.

Bundanəlavə, Naxçıvan şəhərindəVəliƏləsgərovun Eldar Mahmudov üçün tikdirdiyi villa da sökülüb. Batabat adlanan kurortərazisindəEldar Mahmudov üçün tikilən başqa bir villa isəmüsadirəedilib.

Naxçıvanın rəsmi dairələrindən vəya Azərbaycan Baş Prokurorluğundan şərh almaq cəhdləri baş tutmayıb.

Xatırladaq ki, VəliƏləsgərovun adı hüquq müdafiəçilərinin vəsıravi vətəndaşların təqib olunması iləbağlı qalmaqallarda dəfələrləkeçib. Bu işlərin arasında Iranın xeyrinəcasusluqda ittiham edilən Turac Zeynalovun MTN-dəölməsi dəvar.

Həmçinin hüquq müdafiəçiləri Məlahət vəIlqar Nəsibovlara çoxillik təzyiqlər sonuncunun hücuma məruz qalması vəağır xəsarət alması ilənəticələnib.

Hüquq müdafiəçiləri vəjurnalistlərin Naxçıvana girişi çoxdan təhlükəli vədemək olar ki, mümkünsüz iş olub. Insan hüquq vəazadlıqlarının pozulmasına görəbu bölgəçoxdan Şimali Koreya səviyyəsinəçatıb.

"Azadlıq”a daxil olan başqa məlumatlara görəisəEldar Mahmudova məxsus avtosalonlar vədigər biznes strukturlarının fəaliyyəti dayandırılıb. Bildirilir ki, yaxın vaxtlarda Eldar Mahmudov da həbs olunacaq. Onun həbsinin bu qədər uzanması isəkeçmiş MTN şefinin hansısa məlumatları xaricəötürməsiləbağlı şübhələrləəlaqəlidir. Bildirilir ki, artıq bu istiqamətdəaparılan araşdırmalar başa çatmaq üzrədir. Araşdırmalar başa çatdıqdan sonra Eldar Mahmudovun rəhbərlik etdiyi dəstənin yanına göndəriləcək.

azadliq.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA