25-03-2016 [18:42]
Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib.
Uzun sürən ağır xəstəlikdən sonra görkəmli kino xadimi, xalq artisti, Prezident təqaüdçüsü, professor, elmlər doktoru, kinorejissor Tofiq İsmayılov martın 25-də dünyasını dəyişib.
Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Teatr Institutunun aktyorluq, sonra rejissorluq fakültəsində, Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb.
Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaçılar Teatrında aktyorluqdan başlayıb. 1960-cı ildən Radio və Televiziya Verilişləri Komitəsində rejissor, 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir. Uzun illər ərzində onlarla bədii filmlərə quruluş verib.
O milli dəyərlərə xüsusi diqqət yetirildiyi, tamaşaçıların rəğbətlə qarşıladıqları "Mən nəğmə bəstələyirəm”, "Bizim küçənin oğlanları”, "Gilas ağacı”, "Oxuyur Müslüm Maqomayev”, "Əzablı yollar”, "Musiqi müəllimi”, "Vulkana doğru” kimi filmlərin rejissorudur. O, 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında çalışmışdır, kafedraya rəhbərlik edib.
1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşaviri olmuşdur. Tofiq İsmayılov iki qardaş ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə böyük xidmət göstərib Azərbaycan ədəbiyyat və incəsənətinin Türkiyədə təbliğ etmək üçün çox iş görmüş, çoxsaylı teatr və kino festivallarının, ədəbiyyat günlərinin, təqdimatların təşkilatçısı olmuşdur. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.
Tofiq İsmayılov 25 davam edən "Sənətkarlığımızın portreti" bədii-sənədli filmlər silsiləsi üzərində çalışmışdır, bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev və digər mədəniyyət xadimlərinə həsr olunmuş filmləri qeyd etmək olar. O, "Türk xalqarının kino tarixi” üç cildlik əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Tofiq İsmayılov uşaqlar üçün pyeslər, hekayələr kitbları dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur.
Tanınmış rejissor, təcrübəli pedaqoq və səmimi insan Tofiq Hüseyn oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi