46 yaşlı kişi polisə etiraz olaraq özünü yandırdı - Dəhşət

img

25-03-2016 [10:00]


Göygöl rayon sakini Gəncədə özünü yandırıb.

Mia.az apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yaxınlığında qeydə alınıb. Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA