Eldar Mahmudovun daha bir generalı işdən qovuldu - 5 ilə general olmuşdu

img

24-03-2016 [18:20]


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Yaqubov Məzahir Şahbala oğlu tutduğu vəzifədən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə "AzPolitika”nı məlumatlandıran mənbə, DTX rəisi Mədət Quliyevin təxminən 10 gün əvvəl belə əmr imzaladığını bildirib.

M.Yaqubovun keçmiş MTN naziri Eldar Mahmudovun sinif yoldaşı və "kassalarından” biri olduğu haqda məlumatlar var. O, Eldar Mahmudovun nazirliyi dövründə kapitan rütbəsində bu vəzifəyə təyin olunmuş və 5 il sonra – 2013-cü ildə general-mayor rütbəsi almışdı. Baxmayaraq ki, ixtisasca stomotoloq olan M.Yaqubov, 50 yaşına kimi mülki sahədə çalışmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA