İntiqam Əliyev azadlığa buraxıla bilər - Zakir Qaralov protest verib

img

24-03-2016 [12:02]


Baş prokuror Zakir Qaralov hüquq müdafiəçisi İntiqam Əliyevə verilən cəzanı ağır hesab edib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib. O bildirib ki, Baş prokuror İntiqam Əliyev barəsində seçilən qərarın ağır olmasına dair əlavə kassasiya protesti verib: "Martın 28-i saat 12-ə plenum təyin olunub. İntiqam Əliyev həmin gün buraxıla bilər".

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağıt Cinayətlər Məhkəməsinin hökme ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA