Ramil Usubovdan yeni əmr - Təyinatlar

img

23-03-2016 [10:31]


Daxili işlər orqanlarında yeni təyinat olub.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Quba rayon Polis Şöbəsinin rəisi Telman Xasıyev tutduğu vəzifədən azad edilərək İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış Nizami Qocayev bir müddət əvvəl öz arzusu ilə tutduğu vəzifədən azad edilib. O, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmrlə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA