Azərbaycan aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirildi

img

22-03-2016 [16:05]


"Azərbaycan hava yolları” QSC (AZAL) Heydər Əliyev adına beynəlxalq hava limanında və regional aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib.

AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin ANS PRESS-ə verdiyi məlumata görə, bu tədbirlər bu gün Brüsselin beynəlxalq hava limanında baş verən terror aktı fonunda "Azərbaycan hava yolları” rəhbərliyinin tapşırığına əsasən həyata keçirilir.

Aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə bağlı ölkədəki bütün hava limanlarının təhlükəsizlik xidmətlətlərinə müvafiq tapşırıqlar verilib.

Kəsəmənski həmçinin bildirib ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlanılır və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA