22-03-2016 [10:19]
İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunub.
Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.
Rza Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən həbs olunduğu bildirilir. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Nyu York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məəslələri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən 33 yaşlı Zərrab iki İran vətəndaşı-Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir.
Hakim Riçard Berman hər üç şübhəli üçün üst-üstə 75 il həbs cəzası tələb edib. Rza Zərrabın martın 19-da yaxalandığı və ertəsi gün məhkəmə qarşısına çıxarıldığı məlum olub. Onun barəsində irəli sürülmüş 21 səhifəlik rəsmi ittiham aktında deyilir ki, Rza Zərrab və digər iki İran vətəndaşı illər boyu İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozublar. Dünya miqyasında çirkli pulların leqallaşdırılması əməliyyatlarını həyata keçiriblər.
FTB direktorunun müavini Rodrigezin bildirdiyinə görə Rza Zərrab və digərləri 2010-cu ildən 2015-ci ilə qədər beş il ərzində İran şirkətləri adından maliyyə fəaliyyətləri həyata keçirib, bu zaman İrana qarşı tətbiq edilmiş sanksiyaları pozub.
İttiham aktına əsasən Rza Zərrabın işbirliyi qurduğu İran şirkətləri ABŞ-ın sanksiyaları altında olub. Bunların arasında İran Milli Bankı, İnqilab Keşikçiləri Korpusuna bağlı NİOC neft şirkəti, Naftiran İntertrade Company Ltd (NİCO), inşaat və enerji şirkəti MARNA Group və digərləri yer alır. Rza Zərrabın sxeminin Türkiyə hissəsində yer alan şirkətlər isə Royal Holding, Durak Döviz Exchange, Al Nafees Exchange, Royal Emerald İnvestments və digərləri var.
Rza Zərrab 2013-cü ilin dekabrında Türkiyə ədliyyəsində və polisində möhkəmlənmiş fətullahçı qruplaşmanın başlatdığı antikorrupsiya əməliyyatı zamanı bəzi nazirlərin yaxınları ilə birlikdə həbs olunmuşdu. İttiham aktında deyilirdi ki, Rza Zərrab İrana aid tonlarla qızılın və milyardlarla dolların Türkiyə üzərindən transferini həyata keçirmək üçün nazirlər də daxil olmaqla yüksək vəzifəli şəxslərə rüşvət verib. Lakin daha sonra Ərdoğan fətullahçı qruplaşmaya qarşı cavab hücumunu başlatdı və Rza Zərrab azadlığa çıxdı. Nazirlərə qarşı irəli sürülən ittihamlar üzrə istintaq isə yarımçıq qaldı. Lakin belə görünür ki, ABŞ xüsusi xidmət orqanları Rza Zərraba və ortaqlarına qarşı gizlicə istintaq aparırmış...
Rza Zərrabın və ortaqlarının ABŞ-da yaxalanması Türkiyə hakimiyyətinə ciddi zərbədir. Çünki Rza Zərrabın AKP hökumətinin azı 4 naziri ilə korrupsiya əlaqələrinə girərək İrana aid pulların beynəlxalq sanksiyalardan yayındırılmasını təşkil etdiyi məlumdur.
İttiham aktını elan edən FTB direktorunun müavini Rodrigez deyib ki, elan edilən ittihamlar Rza Zərrab və digərlərinin əsl ortaqlarını gizlətməyə çalışanlara mesajdır. Bununla Rza Zərrabın Türkiyə hakimiyyəti ilə əlaqələrinə eyham vurulduğu şübhəsizdir. Məlumata görə iş üzrə daha iki İran vətəndaşının barəsində həbs qərarı çıxarılıb, lakin onları yaxalamaq mümkün olmayıb.
Rza Zərrabla birlikdə həbs edilən qadın Kamelia Cemşidinin İranın İnqilab Keşikçiləri Korpusunun agenti olduğu və Türkiyə üzərindən pulların transferinə nəzarət etmək üçün təhkim edildiyi bildirilir. O, 2013-cü il dekabrın 17-də Rza Zərrabın həbs edildiyi antikorrupsiya əməliyyatı zamanı xaricə qaçmağa imkan tapıb. Türkiyə mətbuatı xəbər verir ki, Rza Zərrabın İrandakı ortağı, barəsində milyardlarla dollarlıq dələduzluq ittihamı ilə edam cəzası çıxarılan Babək Zəncani istintaq zamanı Türkiyə üzərindən həyata keçirilən pul transferi barədə bütün detalları danışıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi